AZ

Qazaxıstan Rusiya və Belarusdan süd idxalını məhdudlaşdıra bilər

Qazaxıstanın hakim partiyası Amanat Nazirlər Kabinetini daxili süd məhsulları bazarını Rusiya və Belarus tədarükçüləri tərəfindən dempinqdən qorumaq üçün tədbirlər görməyə çağırıb.

 

Oxu24.com   bu barədə  TASS -a istinadən  yazır.

 

Parlament fraksiyasının üzvü Nurjan Aşimbetovun ölkənin baş nazirinə ünvanladığı sorğudan belə çıxır ki, “Amanat” Qazaxıstan süd istehsalçılarını ƏDV-dən azad etməyi, hazır məhsulların istehsalına subsidiya verilməsini, həmçinin idxalına məhdudiyyətlər tətbiq etməyi təklif edir. 

 

Deputatın sözlərinə görə, Qazaxıstan bazarına, xüsusən də Aİİ-nin tərəfdaş dövlətləri - Rusiya və Belarusdan idxal olunan südün böyük axını var.

 

"Qazaxıstan bazarını zəbt etmək üçün qonşu ölkələrin müəssisələri asanlıqla dempinqə əl atırlar, nəticədə yerli şirkətlər vəsaitsiz qalır, süd sənayesi isə itkilərə məruz qalır", - Aşimbetov bildirib.

 

Hakim partiyanın fraksiyası həmçinin Rusiya və Belarus tədarükçüləri arasından “vicdansız idxalçılar”a qarşı antidempinq araşdırması aparılmasını təklif edib.

 

Bundan əvvəl Çin sənayesi gözlənilməz bir problemlə üzləşdi.

 

Lukaşenko bir müddət əvvəl Belarus və Rusiyanın iqtisadi müharibə elan etməyə çalışdığını bildirmişdi.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla