AZ

Alimlər Ayda su ehtiyatı aşkar ediblər

Hind alimləri ABŞ-lı həmkarları ilə birlikdə Ayın qütb kraterlərində böyük buz ehtiyatlarının olduğu qənaətinə gəliblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, dayaz dərinliklərdə yeraltı buzun miqdarı səthdəkindən bir neçə dəfə çoxdur.

Araşdırma Ayın həm şimal, həm də cənub qütb bölgələrinin ilk bir neçə metrlərində yeraltı buzun miqdarının səthdəkindən təxminən beş-səkkiz dəfə çox olduğunu göstərir.

Alimlər bildiriblər ki, belə əhəmiyyətli yeraltı buz yataqlarının aşkarlanması Yerin təbii peykinin gələcək kəşfiyyatının gedişatını əhəmiyyətli dərəcədə dəyişəcək. Buzdan nümunələr götürmək və ya torpaq qazmaq üçün Ayda qazma işlərinin gələcək missiyaları dəstəkləmək və səthdə uzunmüddətli insan mövcudluğunu təmin etmək üçün kritik əhəmiyyət kəsb edəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla