AZ

Daha bir ölkə İsraillə diplomatik əlaqələri kəsdi – "Fələstin ölsə, bəşəriyyət də öləcək"

Kolumbiya Prezidenti Qustavo Petro ölkəsinin İsraillə bütün diplomatik əlaqələri kəsdiyini açıqlayıb. Bu qərarı İsrail rejiminin Qəzza zolağında törətdiyi soyqırıma görə verdiklərini bəyan edib. 

Ölkənin paytaxtında Beynəlxalq İşçilər Günü münasibətilə və Kolumbiyada hökumətinin apardığı sosial və iqtisadi islahatlara dəstək olaraq küçələrə çıxan izdihamın alqışları arasında Qustavo Petro deyib:"Burada, sizing qarşınızda müvəqqəti hökumətin prezidenti elan edir ki, sabah biz İsrail rejimi ilə diplomatik əlaqələri tamamilə kəsəcəyik, çünki bu rejim və onun baş naziri Benyamin Netanyahu Qəzzada soyqırım törədirlər".

Pyotr Fələstin tərəfdarının mitinqində onların alqış sədaları altında "Fələstin ölsə, bəşəriyyət də öləcək" deyib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla