AZ

Skutere kreslo bərkidib yola çıxan sürücü cərimələndi – FOTO + VİDEO

Skuterə kreslo bərkidib şəhər küçələrində hərəkət edən şəxs cərimələnib. Avtosfer.az xəbər verir ki, maraqlı hadisə Rusiyanın Volqoqrad şəhərində qeydə alınıb. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, 22 yaşlı Volqoqrad şəhər sakini sahib olduğu skuterə kreslo bərkidərək Lenin prospektində gəzintiyə çıxıb. Bir müddət sonra isə yol patrul xidmətinin əməkdaşları onu saxlayıb və yol hərəkəti qaydalarını pozduğuna görə 800 rubl (red. təxmini 15 manat) cərimə edilib.

 

Namiq Musayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla