AZ

Turistlərin sayı 38 faiz artıb



Türkiyənin Trabzon şəhərinə səfər edən yerli və xarici turistlərin sayında artım qeydə alınıb.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. Nazir bildirib ki, 2023-cü ildə Trabzona gələn yerli və xarici turistlərin sayı 2022-ci ilə nisbətən 38 faiz artıb. Göstərilən müddətdə Trabzona 706 min 532-si xarici, 612 min 767-si yerli olmaqla 1 milyon 319 min 299 ziyarətçi gəlib.

Şəhərə gələn turistlərin daha çox Uzungöl, Sümela Manastırı, Sera Gölü, Çal mağarası, Şahinkaya, Boztəpə, Qanita və Ayasofya məscidlərini ziyarət etdiyi bildirilib.

Təkcə keçən il mühüm yerlərdən biri olan Sümela Manastırını 451 minə yaxın turist ziyarət edib.

Natiq Orucov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla