AZ

Britni Spirsə nə olub? - “İnstaqram” səhifəsini sildi

Xəbər verdiyimiz kimi, Britni Spirs atası Ceymi ilə illərdir davam edən hüquqi mübahisəni sakitcə həll edib. Daha sonra o, “İnstaqram” hesabını yenidən silib. Mənbə iddia edir ki, o, bunu dostları ilə vaxt keçirmək üçün edib. Amma müğənninin dostları ondan narahatdırlar.

 

Sfera.az xəbər verir ki, Britni Spirs son vaxtlar əvvəlkilərdən də qəribə davranır. Dostları və ətrafı onun tezliklə 60 milyon dollarlıq sərvətini itirəcəyindən narahatdırlar.

 

Britni Spirs atası Ceyminin tutduğu vəkillərə 2 milyon, öz vəkili üçün 4 milyon dollar ödəməlidir.

 

“İnstaqram” hesabını sildikdən sonra pərəstişkarları onun qeyri-adekvat və ağır maliyyə sıxıntıları içində olmasından narahatlıq hissi keçiriblər. Yaxın ətrafı həmçinin müğənninin nəhayət atası ilə bütün əlaqələrini kəsdiyinə görə çox xoşbəxt olduğunu bildirirlər.

 

Pop ulduzun sadəcə keçən həftə atası Ceymi Spirslə uzun illər davam edən hüquqi mübarizəsini sakitcə həll etdikdən sonra dostları ilə birlikdə daha çox vaxt keçirmək üçün sosial mediaya ara verdiyi bildirilir.

 

Müğənninin iflas ərəfəsində olduğu barədə xəbərlər yayılsa da, dostları onun hələ də zəngin olduğunu bildirərək, məlumatın yalan olduğunu, lakin belə davam edərsə, Britninin həqiqətən müflisləşəcəyini qeyd ediblər. 

 

"Bəli, şəxsi təyyarələrdən istifadəni məhdudlaşdırmalıdır, amma pulu tükənməkdən hələ ki kilometrlərlə uzaqdır"- deyən mənbə Britninin "The Woman in Me" adlı memuarının son uğurunun onun maddi vəziyyətini xeyli yaxşılaşdırdığını da vurğulayıb. Britni bu kitabından 25 % xalis mənfəət əldə edəcək.


Eyni zamanda, dostları Britni Spirsin müntəzəm tətilləri zamanı şəxsi təyyarələrə və beşulduzlu kurortlara minlərlə dollar xərclədiyini bildiriblər.

 

O, bahalı alış-verişlə demək olat ki, özü-özünə təskinlik verir: bu bahalığa adi paltarlar və hətta şərab belə daxildir. Hətta “İnstaqram” səhifəsini silməzdən əvvəl bir stəkanı bir neçə yüz dollara olan “Norton Reserva Malbec 2019” (Argentina şərabı) ilə poza verib.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
14
Mənbələr
Şərh ()
Bağla