AZ

Klublar Komitəsi AFFA-da nəyi müzakirə edib?

Klublar Komitəsinin AFFA-da keçirilən iclasında müzakirə olunan məsələlər bəlli olub.

İdman.biz xəbər verir ki, toplantıda 5 əsas məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb.

Komitə üzvləri Azərbaycan Premyer Liqasının 2024-2025-ci illər mövsümünün formatı və legioner limitini müzakirə ediblər. Bundan başqa, Əvəzedicilər çempionatının 2025-2026-cı illər mövsümündə hansı formatda təşkili barəsində danışılıb.

Toplantı iştirakçıları dövlət tərəfindən futbolun inkişafı ilə bağlı klublara ayrılan vəsaitin meyarları müzakirə edilib. Görüşdə Azərbaycan Premyer Liqasının cari mövsümündə hakim idarəçiliyi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Klublar Komitəsinin təklifləri qarşıdakı günlərdə keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
Mənbələr
Şərh ()
Bağla