AZ

Türkiyədə turistləri daşıyan iki avtomobil toqquşdu

Türkiyənin Antalya kurort vilayətinin Manavqat bölgəsində xarici turistləri daşıyan iki safari avtomobili toqquşub.

Redaktor.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Bildirilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 16 nəfər xəsarət alıb. Onlardan 13-ü Böyük Britaniya və İrlandiya sakinləridir.

Avtomobillərdən biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə çoxlu sayda polis, tibb və xilasetmə qrupları göndərilib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, turistlərdən birinin həyati təhlükəsi var. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Nəşrin məlumatına görə, qəzadan əvvəl sərnişinlər su tapançaları ilə bir-birinə atəş açıblar.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla