AZ

Putin “Crocus” hadisəsində insanlara yardım edən gəncləri mükafatlandırdı - FOTO

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktında insanlara yardım edən gəncləri mükafatlandırıb.

Bizim.Media xəbər verir ki, Artem Donskov, İslam Xəlilov və Nikita İvanov “Qurbanların xilasına görə” medalı ilə təltif ediblər.

Onlar “Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə” bu mükafata layiq görülüblər.

Qeyd edək ki, martın 22-də baş vermiş hadisə zamanı 150 nəfərə yaxın insan ölüb, 551-i isə yaralanıb.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
10
Mənbələr
Şərh ()
Bağla