AZ

Rəşad Sadıqov “cin atına mindi”: “Sənsən baş hakim” - VİDEO

“Zirə” avrokuboklara vəsiqə yolunda “Araz-Naxçıvan”dan ağır zərbə aldı.

“Qartallar” doğma meydanda son 9 oyunda qələbəyə həsrət qalan komandaya 0:1 hesabı ilə məğlub olmaqla ikinci pilləni əldən verdi.

Meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov yenilgiyə sakit yanaşması ilə diqqət çəkdi.

Cavid Cəlilovun final fitindən sonra meydana daxil olub hakimlərə təşəkkür etdi, futbolçularını bağrına basdı, rəqib həmkarı Elmar Baxşıyevlə əl sıxıb görüşdü.

Lakin ilk hissədə elə bir epizod yaşandı ki...

Futbolçular arasındakı ikili mübarizəyə “davam” deyən baş hakimi dördüncü hakim Nicat İsmayıllı “yoldan çıxartdı”. O, epizoda yaxın olduğunu əsas gətirib

“Zirə”nin futbolçusunun qaydanı pozduğunu deyərək ona vərəqə göstərilməsini istədi ki, Cavid Cəlilov köməkçisinin dediyi kim etdi.

Bu, Rəşad Sadıqovu “cin atına mindirdi”. 41 yaşlı mütəxəssis dördüncü hakimə etirazını bu formada bildirdi:

“Görürük də necə hakimlik edirsiniz. Görür də özü, 5 metrliyində dayanıb, “buraxır”. Niyə verirsən? Sənsən baş hakim? Görür də, qardaş. Get Rauf Cabbarovu sakitləşdir, məni yox”.

HƏBİB / SPORTİNFO.AZ

Həmin anın görüntülərinə videoda baxa bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla