AZ

David Kameron: Ukraynanın Rusiyanı Qərb silahları ilə vurmaq hüququ var

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron hesab edir ki, Kiyev Rusiya daxilindəki hədəfləri vurmaq üçün Britaniya silahlarından istifadə edə bilər.
 

Sfera.az bildirir ki, Kemeron "Reuters" agentliyinə müsahibəsində deyib ki, Ukrayna Rusiya ərazisini Qərb silahları ilə vurmaq hüququna malikdir.



Böyük Britaniyanın xarici işlər naziri Kiyevə səfəri zamanı söz verib ki, Böyük Britaniya Ukraynaya hər il olmaqla 3 milyard funt-sterlinq köçürəcək. O, həmçinin əlavə edib ki, hökumət hazırda hərbi texnika ehtiyatını tamamilə bitirib.



Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kiyev terror fəaliyyətini davam etdirmək niyyətini gizlətmir.

İnci
Sfera.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla