AZ

XİN başçısı: Delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıq olduqca müsbət irəliləyişdir

Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıq sülh gündəliyi çərçivəsində olduqca müsbət irəliləyişdir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşündə deyib.

O, postmünaqişə dövründə mövcud regional vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə rəsmi Bakının normallaşma prosesinin bütün elementləri üzrə real nəticələrin əldə edilməsində qərarlı olduğu vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla