AZ

Ukraynanın və Ermənistanın xarici işlər nazirləri siyasi məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər

Telefon danışığı zamanı Ukraynanın xarici işlər nazirləri Dmitri Kuleba və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan siyasi məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

Müzakirə mövzusu təhlükəsizlik məsələləri də daxil olmaqla geniş mövzular olacaq: “Mən Ukrayna və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin dinamikasını müzakirə etmək üçün xarici işlər naziri Ararat Mirzoyanla danışdım.

Biz xarici işlər nazirlikləri arasında qarşılıqlı maraq doğuran geniş spektrli mövzular üzrə siyasi məsləhətləşmələr aparmağa razılaşdıq”, – deyə ukraynalı nazir sosial şəbəkədəki səhifəsində yazıb. Kuleba Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı sazişi dəstəklədiyini qeyd edib. Ermənistan Xarici İşlər Nazirliyi ərazi bütövlüyü prinsipinə riayət edilməsinin və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyin vacibliyini xatırladıb. Departament həmçinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələsində beynəlxalq tərəfdaşların, o cümlədən Ukrayna Xarici İşlər Nazirliyinin mövqelərinin vacibliyini qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla