- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - "Vaga Club"un 30 nəfərlik heyəti işğaldan azad edilmiş Füzuldə Beynəlxalq Hava Limanında olublar.
Xezerxeber.az-ın məlumatına görə, qonaqlar daha sonra Füzuli şəhərinə gəliblər.
Onlara şəhərin işğal zamanı dağıdılmış binaları göstərilib. Həmçinin şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib. Səyyahlar öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə də tanış olublar.
"Vaga Club"un heyəti Şuşada da olub. Şəhərlə tanışlıq çərçivəsində qonaqlar əvvəlcə Xurşid Banu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Onlara ətraflı məlumat verilib. Sonra qonaqlar Şuşanın digər ərazilərini də gəziblər.
Səfər çərçivəsində səyyahlar Ağdamda da olublar. Xarici səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Heyət ilk olaraq Ağdam Cümə məscidində olub.
Qeyd edək ki, qrupa "Vaga Club”unun rəhbəri, dünya səyyah 35 yaşlı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.