AZ

Gələn ilin sonuna kimi işğaldan azad edilən ərazilərə köçürüləcək əhalinin sayı açıqlandıVİDEO

Bu ilin sonuna qədər bütün işğaldan azad edilən rayonlara qayıdış olacaq.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ''Xəzər Xəbər''ə müsahibəsi zamanı deyib.

O bildirib ki, indiyə qədər 2 şəhər və 3 kəndə 6700 keçmiş məcburi köçkün qaytarılıb. 2024-cü ilin sonuna qədər bu rəqəm ümumilikdə 27 minə yaxın olacaq.

Fuad Hüseynov qeyd edib ki, bununla da qayıdışın coğrafi arealı xeyli dərəcədə genişlənəcək. Müsahibimiz ilkin mərhələdə Kəlbəcərin şəhər mərkəzinə baş tutacaq köçün detallarını da açıqlayıb.

O da bildirildi ki, ümumilikdə 2026-cı ilin sonuna qədər işğaldan azad edilən ərazilərə 34 500 ailənin, yəni 140 min nəfərin köçürülməsi qarşıda duran əsas hədəfdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla