AZ

ABŞ və Böyük Britaniya Yəmənə 452 zərbə endirib

ABŞ və Britaniya silahlı qüvvələri yanvarın 12-dən bəri Yəmənə ümumilikdə 452 zərbə endirib.

Sitat.info xəbər verir ki, bu barədə Ənsar Allah hərəkatının lideri Əbdülməlik əl-Husi bildirib.

"ABŞ və Böyük Britaniyanın ölkəmizə qarşı həyata keçirdiyi hücumların sayı 452-yə çatıb. Hücumlara həm hava, həm də dənizdən zərbələr daxildir. Hücumlar nəticəsində 40 yəmənli ölüb, 35 nəfər yaralanıb," - deyə o qeyd edib. 

Türkan

Sitat.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla