AZ

"MASTER BROKER"-ə protokol tərtib edildi

"MASTER BROKER" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. 

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Yevlax rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Kamil Əliyevdir.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla