AZ

"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər

"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər

Ötən ilin aprelində məlum olub ki, Cənubi Koreyanın "BlackPink" pop qrupunun "YouTube"dakı kanalı musiqi qrupları arasında ən çox baxılan kanal olub.

Lent.az xaricdi KİV-ə istinadən xəbər verir ki, bu hadisə qızların Ginnesin Rekordlar Kitabına düşməsinə imkan verib.

10 aprel 2024-cü il tarixinə qrupun kanalında video baxışlarının sayı 30 milyardı ötüb. "BlackPink" qrupunun üzvləri kanadalı müğənni Castin Biberi belə üstələyiblər.

Xatırladaq ki, Cənubi Koreyalı ifaçıların kanalı 2016-cı ilin iyununda yaradılıb. Bu günə kimi onun abunəçilərinin sayı 93,6 milyon nəfərdir. Qeyd edək ki, BlackPink 21-ci dəfə Ginnesin Rekordlar Kitabına düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla