AZ

Tavuşda Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan 31 erməni həbs edildi...

Image

Ermənistanın Tavuş bölgəsinin Kirants (Xeyrimli) kəndində Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan ermənilər yolu bağlayıblar.

Hadisə yerinə çox sayda polis cəlb edilib və 31 nəfər saxlanılıb. 

Erməni mediası ölkənin Daxili İşlər Nazirliyinə istinadən yazır ki, saxlananlar Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.

Polis İcevandan Kirantsa (Xeyrimli) qədər yolu bağlayıb, həmçinin jurnalistlərin kəndə daxil olmasını da qadağan edib. Polisdən, kəndin yaxınlığında minatəmizləmə işlərinin aparıldığ və, bu səbəbdən də yolların bağlandığı bildirilib.

Kirantsda (Xeyrimli) mindən çox polis əməkdaşının olduğu bildirilir.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla