AZ

Türkiyə İsrail ilə ticarəti tam DAYANDIRIB 

Türkiyə İsraildən bütün mal idxalını və ixracını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan iki türk rəsmisinə istinadən məlumat yayıb.

 

Türkiyə Statistika Qurumunun məlumatlarına görə, 2023-cü ildə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib. Bu məbləğin 76%-i Türkiyə ixracatı olub.

 

Agentliyin iddiasına nə Türkiyə, nə də İsrail tərəfi münasibət bildirməyib. Lakin ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin İsraillə ticarət əlaqələrini daha inkişaf etdirmədiyini bildirib.

 

Aprelin 9-da Türkiyənin Sənaye və Ticarət Nazirliyi polad və alüminium məhsulları, elektrik kabelləri, boyalar, laklar, aviasiya yanacağı, yağlar, bəzi növ gübrələr və sənaye avadanlıqları da daxil olmaqla 54 kateqoriya malın İsrailə ixracını məhdudlaşdırıb .

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
15
Mənbələr
Şərh ()
Bağla