AZ

“Barselona”nın hazırda o qədər pulu yoxdur - Bu transferi etmək üçün

“Barselona”da icarə əsasında çıxış edən Joao Feliks mövsümün qalan matçlarında özünün transferinin vacibliyinə baş məşqçi Xavini və onun köməkçilərini inandırmalıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun məxsus olduğu “Atletiko” onun üçün təxminən 80 milyon avro təzminat tələb edir.

“Barselona”nın isə hazırda o qədər pulu yoxdur. Hətta kataloniyalılar futbolçunu saxlamaq istəsələr də, rəhbərlik icarə müddətini uzatmağa çalışacaq. “Atletiko” isə çətin ki, belə bir müqavilə ilə razılaşsın.

24 yaşlı oyunçu bu mövsüm elə də inamlı görünmür.

Feliks bu mövsüm La Liqada 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
Mənbələr
Şərh ()
Bağla