AZ

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

Arıqlama

Stokholm, 3 may, Nərgiz Cəfərli, AZƏRTAC

Avropanın ən bahalı şirkəti olan Danimarkanın “Novo Nordisk” əczaçılıq nəhəngi birinci rübdə gəlirinin kəskin artdığını bildirib.

AZƏRTAC xəbər verir ki, şirkətin əməliyyatlar üzrə gəliri 27 faiz – 4,5 milyon dollardan çox artıb. Eyni zamanda, satış həcmi 9,365 milyon dollar təşkil edib ki, bu da öz növbəsində 22 faiz artım deməkdir.

Beləliklə, yalnız ABŞ-də, 2023-cü ilin sonundakı tədarüklə müqayisədə “Wegovy” arıqlama preparatına tələbat dörd dəfə artıb. “Novo Nordisk” şirkəti diabet və piylənmənin müalicəsi üçün dərman preparatları sahəsində dünya lideri olub.

Yüksək tələbat şirkətin rəhbərliyini illik proqnozu yenidən nəzərdən keçirməyə vadar edib. Əməliyyat gəlirin 30 faiz, satışların isə 27 faiz artacağı proqnozlaşdırılır. Hazırda tələb təklifi üstələyir. Rəhbərlik əlavə istehsal müəssisələrinə böyük investisiyaların yatırılmasını planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
3
Mənbələr
Şərh ()
Bağla