AZ

Türkiyə İsraillə ticarət əlaqələrini dayandırdı - Yenilənib

Türkiyə İsrail tərəfi ilə bütün ticarət əlaqələrini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” türk rəsmilərinə istinadən yazıb.

“Türkiyə cümə axşamından İsrailə bütün ixrac və idxalı dayandırıb”, - nəşr qeyd edib.

Agentliyin məlumatına görə, respublika hakimiyyət orqanları hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

***

Türkiyənin Ticarət Nazirliyi məsələ ilə bağlı məlumat yayıb:

“Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin ikinci mərhələsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”.

Bildirilib ki, bu, İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə qalacaq.

Seçilən
181
37
Mənbələr
Şərh ()
Bağla