AZ

Levan Mamaladze: Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir

“Gürcüstan üçün çətin zamandır. Çünki, Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu sözləri politoloq Levan Mamaladze deyib.

Onun sözlərinə görə, “Xarici agentlər” haqqında qanun layihəsinin oxşarı artıq onilliklərdir ki, ABŞ-da var: “Eləcə də Avropada, Macarıstan, Slovakiya, Polşa, İsrail, Rusiya və s. kimi ölkələrdə müvafiq qanun mövcuddur. Fransa da bu qanunu qəbul edəcək. Yəni həmin ölkələr xaricdən maliyyələşən QHT və media qurumlarının fəaliyyətini məhdudlaşdırırlar. Ancaq söhbət Gürcüstana gələndə heç kim buna icazə vermək istəmir. Biz də öz hüququmuzu qoruyacayıq. Buna isə heç bir arqument gətirmədən Qərb və ABŞ icazə vermək istəmir”.

“Xarici agentlər” haqqında qanun layihəsi yalnız şəffaflığın təmin edilməsi üçündür deyən L.Mamaladze bildirib ki, dövlət bilməlidir kim haradan və nə üçün maliyyələşir.

“Bildirilib ki, parlamentdə üçüncü oxunuşdan sonra bu qanun layihəsi qəbul ediləcək. İndi isə Qərb başlayıb deməyə ki, Gürcüstan Avropadan uzaqlaşmaq istəyir. Hətta ABŞ və Avropa ölkələrinin rəsmiləri Gürcüstanı hədələyirlər. Ona görə də Gürcüstan üçün çətin zamandır.

Media qurumları hökumətin Avropa İttifaqından uzaqlaşdığı barədə təbliğat aparır. Gənclər də heç bir dərin biliyə sahib olmadıqları üçün etiraz aksiyalarında iştirak edirlər. Hətta dinc aksiya artıq vandalizmlə əvəzlənir, daşlar atılır, zorakılıq halları olur”,

Onun sözlərinə görə, Gürcüstan 1991- 2023-cü illərdə iki dəfə dövlət çevrilişi yaşayıb. Hətta bu cür çevrilişə 2021-2022-ci illərdə də cəhd göstərilib:

“Ona görə də bu dəfə biz xalqımızın taleyi ilə oynamağa icazə verməyəcəyik. Hökumətin qətiyyəti və mövqeyi çox sərtdir. Bu məsələdə sona qədər gedəcəklərini deyirlər. Biz bilirik ki, Şərqlə Qərbi birləşdirən ölkəyik. Ona görə də böyük dövlətlərin burada öz maraqları var. Amma maraqlı məqam da ondan ibarətdir ki, bölgədə Rusiya faktoru da mövcuddur. Rusiya Qərbin Gürcüstanda çevriliş səhnəsini görsə onları heç kim və heç nə saxlaya bilməz. Onlar tanklarını birbaşa Tbilisiyə sürəcəklər. Yəni, burada Gürcüstanın müstəqillik məsələsi var. Ona görə də hökumət xalqın taleyini riskə ata bilməz”.

Politoloq bildirib ki, hazırda baş tutan mitinqlərin heç bir sonu yoxdur: “Qərb, Aİ və ABŞ çox gözəl başa düşür ki, hansı isə bir səhv addımlarında Gürcüstanın müstəqilliyinə son qoya bilərlər. Bunu hökumət də çox gözəl başa düşür. Ona görə, düşünürəm ki, geri addım atılmayacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
1
Mənbələr
Şərh ()
Bağla