AZ

11-ci siniflər üçün dərsdə "sərbəst davamiyyət"?...Təklif qızğın müzakirə edilir…

Image

Nadir İsrafilov: “X-XI siniflərdə təhsilin ödənişli olması və “sərbəst davamiyyət”in tətbiqini real hesab etmirəm”

Son günlər aktual olan məsələlərdən biri də orta ümumtəhsil məktəblərinin X-XI siniflərində tədrisin təşkili ilə bağlıdır. Bugünlərdə sosial şəbəkələrdə X-XI siniflərdə təhsilin ödənişli olması təklifi çox səsləndirilir. 

Bəzi ekspert və valideynlər bunu əsasən onunla əlaqələndirirlər ki, onsuz da IX sinfi başa vurduqdan sonra şagirdlər repetitor yanına gedir və ailə həm məktəbə xərc çəkir, həm də repetitora ödəniş etməli olur. Ona görə də yalnız məktəbə ödəniş etməklə bu problem həll etmək olar. 

Həmçinin, valideynlər bildirirlər ki, X-XI-ci siniflərdə şagirdlər repetitor yanına getdikləri və məktəbdə dərs keçirilmədiyi üçün davamiyyət azalır. Bu baxımdan şagirdlərə X-XI siniflərdə “sərbəst davamiyyət” tətbiq edilə bilər. 

Görəsən, orta məktəblərdə X-XI siniflərdə təhsilin ödənişli olması və yaxud “sərbəst davamiyyət”in tətbiqi nə dərəcədə realdır?

“Bu, mövcud qanunvericiliyimizə zidd olmaqla yanaşı, həm də təhsilimizdə bir sıra əlavə fəsadlara yol aça bilər” 

Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə şərhində bunları bildirdi: “Dövlət ümumtəhsil məktəblərinin X-XI siniflərində təhsilin ödənişli olması və “sərbəst davamiyyət”in tətbiq edilməsini real hesab etmirəm və belə bir modelin tətbiq edilməsinin qəti əleyhinəyəm. Bu, mövcud qanunvericiliyimizə zidd olmaqla yanaşı, həm də təhsilimizdə bir sıra əlavə fəsadlara da yol aça bilər.

Təkcə onu xatırlatmaq kifayət edər ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidin həyata keçirilməsi nəzərdə tutulub. Bir çox qabaqcıl ölkələrdə təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar atılır. Kanada, Fransa, Hollandiya və Çexiyada ümumi təhsilin müddəti 14 il, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 il, ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə 12 il təşkil edir. Ümumi təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3–6 faiz artımına gətirib çıxarır. “Strategiya” eyni zamanda həm də təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını hədəfləyib: “3.1.2.1. məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması; 3.1.2.2. erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması; 3.1.2.3. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması.” “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulmuşdu. Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu bir daha öz əksini və təsdiqini tapıb. Elm və təhsil naziri Emin Əmrullayev də son müsahibələrindən birində bildirib ki, “elmi tədqiqatların nəticəsinə görə, tədris müddətinin çox olması akademik göstəricələrə müsbət təsir edir. Bura məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi də aiddir... Azərbaycan ictimaiyyəti tədris müddətinin artırılması məsələsini müzakirə etməlidir” kimi fikir söyləyərək, bu kimi məsələlərə diqqət çəkib.

Biz nə etdik? 9 illik təhsili icbariləşdirərək, onlara da attestat verməklə 5-4-2 modelini seçdik. 2019-cu ildə qəbul olunmuş “Ümumi təhsil haqqında” qanuna görə biz artıq beş ildir ki, 12 illik təhsilə keçid etmişik. Həmin qanunun 13-cü maddəsində “Ümumi təhsilin təşkili” bölməsində 13.3 maddədə qeyd olunur ki, Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. Qanun maddəsində qeyd edildiyi kimi, əgər məktəbəhazırlıq ümumi təhsil pilləsinin ilkin mərhələsi hesab edilirsə, deməli, ölkəmzidə uşaqların məktəbə ilk addımı 5 yaşdan başlayır və bununla da biz 12 illik təhsilə artıq keçid etmiş hesab olunuruq. Halbuki, 4500-ə yaxın orta məktəbin 1500-dən artıq məktəbində məktəbəhazırlıq qrupları yoxdur. Hesab edirəm ki, ən optimal model “5+5+2″ sxemidir – 5 i ibtidai təhsil, 5 il ümumi orta təhsil, 2 il tam orta təhsil, yəni, ali məktəbə hazırlıq mərhələsi.   Bu modelə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Digər tərəfdən Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji psixoloji habelə iqtisadi xarakterli məsələlərin həllini də xeyli asanlaşdıracaq. Sonuncu 2 il ixtisaslar üzrə ali məktəblərə hazırlaşanlar üçün bir növ elə repetitor rolunu oynayacaq, əlavə hazırlıq üçün məktəbdən kənar yerlərə məsafə qət etməyə ehtiyac qalmayacaq”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla

Reytinq

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
2141
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1791
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
1516
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1447
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1163
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
1064
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
760
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
719
Röyanın biabırçı videosu yayıldı
670
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
588
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
580
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
577
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
554
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
551
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
538
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
503
Sabah 20 dərəcə isti olacaq
422
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
404
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
402
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
355