AZ

Millimizin baş məşqçisi: “Uduzsaq da, futbolçularımız təcrübəli rəqibi gördülər”

“Komandamızda 2009-cu il təvəllüdlü futbolçulardır. Onlar ilk dəfə belə turnirdə çıxış edirdilər”.

İdman.biz xəbər verir ki, bunu 17 yaşadək qızlardan ibarət Azərbaycan milisinin baş məşqçisi Nərgiz Qurbanova deyib.

O, Minskdə təşkil olunan UEFA İnkişaf turnirinin Belarusla oyunu barədə fikirlərini açıqlayıb: “Bu, bizim üçün böyük təcrübədir. Belə rəqiblə oynamaq da uğurdur, çünki Belarus millisi A kateqoriyasına aiddir. Biz isə B kateqoriyasındayıq. Komandamız uduzsa da, qızlarımız təcrübəli rəqibi gördülər, təcrübə qazandılar. Belarus öz meydanında oynayırdı. Belə bir imkan qazandığımız üçün şadıq”.

Qeyd edək ki, millimiz Belarusa 1:3 hesabı ilə uduzub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
1
Mənbələr
Şərh ()
Bağla