AZ

Maradonanın qəbri görün hara köçürüləcək

Argentinalı ulduz Dieqo Maradonanın övladları futbolçunun qalıqlarını Buenos-Ayresin mərkəzindəki məqbərəyə köçürmək niyyətindədirlər.

Publika.az xəbər verir ki, bu barədə “La Nación” nəşri məlumat yayıb.

Vərəsələr onun cəsədinin tikilməkdə olan məqbərəyə köçürülməsi üçün məhkəmədən icazə istəyiblər.

Məktubda bildirilir ki, məqbərədə Maradonanın qalıqları daha yaxşı qorunacaq və Argentinanın əsas kumiri olan futbolçuya hər kəs ehtiramını bildirə biləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq