AZ

Medialar çox reytinq qazansın deyə qanunvericiliyi pozur- DEPUTAT

Bəzən medialar çox reytinq qazansın deyə qanunvericiliyi pozur. Bunu Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

"Mediada baş verən hadisələrdə uşaqların hüquqlarının pozulması halları olur. Məsələn uşağın adı, soyadı verilir, üzü göstərilir. Baş verən hadisə detal-detal təqdim olunur. Fikirləşmirlər ki, bu uşaq sonradan necə cəmiyyətdə yaşayacaq. Bu cür hadisələrdə neytrallıq olmalıdır. Medialarda neqativ hadisələr təqdim olunur,amma müsbət nələrsə göstərilmir. Nəticədə balans pozulur. Gənc ailələr bundan hansı nəticələri çıxaracaq?",- deputat "İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.
 
Deputat vurğulayıb ki, cəmiyyətdə qanunun icrasında da problemləri var
 
Gülnar Nazimqızı

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
Mənbələr
Şərh ()
Bağla