AZ

Blok imtahanlarında suallar çətin olacaq? - Abituriyentlər üçün VACİB MƏLUMAT

Buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərin sorağı demək olar ki, ölkənin bütün bölgələrindən gəlir. Uzun illərdir imtahanlarda abituriyentlərin maksimal nəticə əldə edə bilməməsi və birdən-birə bir onlarla şagirdin yüksək nəticə göstərməsi cəmiyyətdə müzakirələrə səbəb olub.

İndi hər kəsi bir sual maraqlandırır: Bu məsələnin kökündə dayanan əsas səbəb nədir? Doğrudanmı, iddia edildiyi kimi, DİM bu il daha asan suallar tərtib edib? Blok imtahanlarında sualların daha çətin olacaqğı ilə bağlı iddiaların əsası varmı? 

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov vacib məqama toxunub:

“Hesab edirəm ki, biz bu nəticələri qiymətləndirərkən blok imtahanlarındakı göstəriciləri gözləməliyik. Burada birinci məsələ ondan ibarətdir ki, suallar asanlaşdırılıb deyə, belə yüksək göstəriciləri müşahidə edirik. İkinci ehtimal isə təhsilin keyfiyyətinin yaxşılaşması barədədir. Bir neçə ildir nəticələrin aşağı olması bu haqda olan müzakirələri aktuallaşdırır”. 

Millət vəkili yekun fikirə gəlmək üçün səbrli olmaq lazım olduğunu da vurğulayıb:

“Sözügedən məsələdə hər iki amilin rolunun olduğunu düşünürəm. Həm təhsillə bağlı müsbət addımlar, həm də sualların tərkibində müəyyən fərqli yanaşmalar var ki, burada özünü büruzə verir. Hər halda yekun nəticələri gözləməkdə fayda var. Yalnız həmin prosesdən sonra real vəziyyəti görə biləcəyik. Düşünürəm ki, səbrli olub gözləməliyik. Belə olan halda məsələyə düzgün rəy verə və fikirlərimizi tam dəqiqliklə bölüşə bilərik”. 

Aytac Şahin 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
Mənbələr
Şərh ()
Bağla