AZ

Yaşar Gülərdən İrana sərt təpki: “Etdiklərini görürük, xoş deyil”

Türkiyə müdafiə naziri Yaşar Gülər İrana qaçan PKK terrorçuları ilə bağlı Tehrana təpki göstərib.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə İranı məlumatlandırsalar da, dürüst cavab ala bilmədiklərini söyləyib.

“İranlı dostlarımızla danışırıq, bildiririk ki, bax qardaş, bu nöqtədən keçiblər, ora gediblər, izləyirik, PUA-lardan baxırıq. İranlı dostlarımız da cavab verirlər ki, ora baxdıq, heç kim yoxdur. Bu, xoş yanaşma deyil. Əlbəttə, narahatıq”, - Gülər vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla