AZ

Türkiyə Qəzzada atəşi dayandırana qədər İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək

"Türkiyə Qəzza zolağında atəşi dayandırana və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasını təmin edənə qədər İsrailə qarşı ticarət sanksiyaları ilə bağlı qərara əməl edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkənin ticarət naziri Ömər Bolat bildirib.

Onun sözlərinə görə, respublika Fələstin xalqına humanitar yardım göstərməyə davam edəcək:

"Biz atəşkəs gözləyirdik, lakin əksinə, humanitar vəziyyət pisləşdi, bu baxımdan məhdudiyyətlərin yeni mərhələsinə keçmək qərarı verildi".

Qeyd edək ki, aprelin 9-da Türkiyənin ticarət nazirliyi 54 növ mal üçün İsraillə ticarətə məhdudiyyətlər qoyub. Mayın 2-də axşam saatlarında isə nazirlik İsraillə ixrac və idxal əməliyyatlarının tamamilə dayandırıldığını elan edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
15
Mənbələr
Şərh ()
Bağla