AZ

Onlar kolon xərçənginə daha çox tutulurlar - ARAŞDIRMA 

Uzun boylu və qarın nahiyəsində artıq piyləri olan kök insanlar kolon xərçənginə (qalın bağırsaq) daha çox tutulurlar.

 

Sfera.az bildirir ki, Böyük Britaniyada 329 min 828 nəfərlə aparılan araşdırmada iştirakçılar bədən tiplərinə görə 4 qrupa ayrılıb: obez; yağın bütün bədənə yayıldığı uzun boylu insanlar, qarın nahiyəsində piylənmə olan uzun boylu insanlar, boyu daha qısa və kök şəxslər, aşağı omba və bel ölçüləri böyük olanlar. İştirakçıların 3728 nəfərində kolon xərçəngi aşkar olub.

 

Bütün bədəndə piylənmənin müşahidə olunduğu ikinci qrupda kolon xərçənginə tutulma riskinin digərlərinə nisbətən 10 faiz yüksək olduğu qeyd edilib. Abdominal piylənmə kimi təsnif edilən üçüncü qrupda risk 12 faiz olub. Bu qrupa aid qadınların kişilərə nisbətən kolon xərçənginə tutulma ehtimalı yüzdə 18 faiz daha çoxdur. 

 

“Science Advances” jurnalında dərc olunan araşdırmanın müəllifləri bildirirlər ki, bədəndə yağın yığıldığı sahə bədən kütlə indeksindən daha vacibdir. Boy və çəki əsasında hesablanan bədən kütlə indeksi təxmin edilən yağ miqdarını göstərməklə insanın ideal çəkiyə nə qədər yaxın olduğunu anlamağa kömək edir. 

 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
9
Mənbələr
Şərh ()
Bağla