AZ

DİQQƏT! Bu içki keçəlləşdirir

Saç tökülməsi bir çox insanı narahat edən bir problemdir. Problemin qarşısı alınmazsa, proses keçəlliyə qədər gedə bilər.

Xüsusilə kişilərin əziyyət çəkdiyi keçəlliyin daha bir səbəbi məlum olub.

Medicina.az xəbər verir ki, araşdırmalara görə, bəzi içkilər keçəlləşmə riskini 42 faizə qədər artırır.

Bu, həmin içkilərin saç sağlamlığına mənfi təsir göstərən maddələr ehtiva etməsindən qaynaqlanır. Bu içkilərdən birincisi enerji içkiləri, ikincisi isə qazlı şəkərli içkilərdir.

Alimlərin 2000 nəfərlə apardığı araşdırmada kişi tipli keçəlliyin birinci növ içkidən istifadə edənlərdə 30%, ikinci növdə isə 42%-ə qədər artdığı görünüb. Digər səbəbləri istisna etmək üçün təkrar tədqiqatlar aparılsa da, nəticə eyni olub.

Ekspertlər bunun səbəbinin bu içkilərin qan şəkərini anında yüksəltmək qabiliyyəti ilə də əlaqəli ola biləcəyini təxmin edirlər.


Aysel



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
3
Mənbələr
Şərh ()
Bağla