AZ

Azərbaycanda narkotikdən əziyyət çəkən şəxslərin sayı açıqlandı

Bakı. Trend:

2024-cü ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36659narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir. Ötən ilərzində 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.

Trend-in məlumatlarına görə, bunu Narkomanlığa və NarkotikVasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə DövlətKomissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri FəqanŞahverdiyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı iləkeçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumçərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgünistifadə” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, həmin şəxslərin 8458 nəfəri bir neçə növnarkotik vasitə istifadəçisidir. Onun sözlərinə görə, 36659 nəfərnarkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.

Ş.Şahverdiyev həmçinin diqqətə çatdırıb ki, narkotikvasitələrdən əziyyət çəkən insanların ictimailəşdirilməsi, onlarınicazəsi olmadan üzlərinin göstərilməsi doğru deyil.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşımübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin,həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzularınmediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşıeffektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminəhəmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalartəşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
6
Mənbələr
Şərh ()
Bağla