AZ

Əvəzedicilərin də cəzaları açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda Əvəzedicilər Liqasının 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.

“Sabah-2” – “Səbail-2” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Sabah-2” komandası 50 manat cərimə edilib.

“Qəbələ-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilib.

“Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Araz-Naxçıvan-2” komandası 100 manat cərimə edilib.

“Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla