AZ

Jurnalist: Netanyahu qərar qəbul etməkdə acizdir və istefa verməlidir

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı əməliyyatla bağlı rasional qərarlar verə bilmir və vəzifəsini tərk etməlidir.

Bu barədə israilli jurnalist Ben Kaspit “Maariv” qəzetinin köşə yazısında bildirib.

“ İsrail artıq Rəfahda qələbə gözləmir, çünki Benyamin Netanyahu dəhşətdən iflic olub və bircə vacib qərar qəbul edə bilmir. O, çoxdan İsrailə yük olub və yerini boşaltmalıdır”, – Kaspit bildirib.

Jurnalist Netanyahunu 1940-cı ildə “uğursuzluqları” səbəbindən britaniyalılar tərəfindən vəzifəsindən uzaqlaşdırılan Britaniyanın keçmiş baş naziri Neville Chamberlain ilə müqayisə edib. Kaspitin fikrincə, İsrail vətəndaşları bundan nümunə götürməlidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla