AZ

Rəqibini təpiklə vuran futbolçuya cəza verilib

Azərbaycan çempionatının II Liqasında çıxış edən “Füzuli”nin futbolçusu Əziz Hüseynov cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Hüseynov təcavüzkar davranışa görə cəza alıb. O, XXXIII turun “Şahdağ Qusar”la səfər matçında “fərqlənib”.

Əziz həmin matçda rəqibi təpiklə vurduğuna görə birbaşa qırmızı vərəqə alıb. AFFA futbolçunu 4 oyunluq cəzalandırıb. “Füzuli” oyunçusuna görə 300 manat cərimə edilib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla