AZ

Bu tikinti şirkəti məcburi köçkün evlərini 700 min manata təmir edəcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") bəzi məcburi köçkün qəsəbələrindəki evlərin, mənzillərin və drenaj şəbəkəsinin təmiri işləri ilə bağlı elan etdiyi tender başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Kral Təmir Tikinti" şirkəti olub.

Şirkət Bakı şəhəri, Abşeron, Sabirabad, Füzuli, Şabran və Ağcəbədi rayonları ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin və drenaj şəbəkəsinin təmiri işlərini həyata keçirəcək.

Tenderə əsasən, "Kral Təmir Tikinti" şirkəti ilə "Qaçqınkom" arasında 685 777,57 manatlıq müqavilə bağlanıb.

Qeyd edək ki, sözügedən tikinti şirkəti 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmilçisi Qasımov Sərvər Səməd oğludur.  "Kral Təmir Tikinti" bundan əvvəl də "Qaçqınkom"un elan etdiyi bir neçə tenderin qalibi olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla