AZ

AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib

Sizin yerli Avropa bankınız AccessBank, öz investoru - nüfuzlu beynəlxalq maliyyə institutu olan responsAbility Investment AG ilə Kredit Müqaviləsinin imzalandığını elan edir.

Razılaşmaya əsasən responsAbility Investment AG tərəfindən idarə olunan iki maliyyə fondu ilə 3 il müddətinə - 3 milyon ABŞ dolları və 2 milyon ABŞ dolları dəyərində iki Kredit Müqaviləsi təsdiqlənib.  Cəlb edilən vəsaitlər Azərbaycanda sahibkarlığın təşviqi və inkişafına yönəlmiş təşəbbüslərə, o cümlədən Bankın əsas prioritet istiqamətlərindən olan mikrokreditlərin maliyyələşdirilməsinə yönəldiləcək.

“İnvestorumuz olan responsAbility Investment AG-dən aldığımız bu maliyyə dəstəyini çox yüksək qiymətləndiririk. Bu razılaşma yalnız biznes əməliyyatı deyil, həm də qarşılıqlı etimad və bankımızın  Azərbaycanda sahibkarların imkanlarının genişləndirilməsi siyasətinə sadiqliyimizin bariz nümunəsidir. Cəlb edilən vəsaitlər hesabına biz regionda iqtisadi artım və inkişafı təşviq etmək üçün təşəbbüslərimizi daha da gücləndirəcəyik. Hər bir kredit yeni üfüqlərə çatmaq üçün bir fürsətdir və biz bu səyahətin bir hissəsi olmaqdan qürur duyuruq. Məqsədimiz müştərilərimiz üçün maliyyə sabitliyi və inkişaf yolunda etibarlı tərəfdaş olmaqdır”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.

responsAbility Investment AG dünyada aktivlərin idarə edilməsi və inkişafa yatırımlar edən aparıcı şirkətlərindən biridir. Şirkət inkişaf etməkdə olan iqtisadiyyatlarda müxtəlif investisiya mexanizmlərinin idarə edilməsin həyata keçirir.

AccessBank-la imzalanan Kredit Müqaviləsi şirkətin bankın siyasətinə və potensialına etibarını əks etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
10
Mənbələr
Şərh ()
Bağla