AZ

“Qarabağ”ın Çempionlar Liqasındakı 35 rəqibi

Çempionlar Liqasının 2024/25 mövsümündə iştirak edəcək daha bir komanda müəyyənləşib.

İdman.biz xəbər verir ki, Serbiyada ardıcıl 7-ci çempionluğu qazanan “Srvena Zvezda” qitənin ən nüfuzlu klub turnirinə 36-cı vəsiqənin sahibi olub.

Kubok uğrunda mübarizə aparacaq ümumilikdə 83 komandadan 47-si isə qarşıdakı müddətdə bəlli olacaq. Çempionlar Liqasında iştirakı dəqiqləşən 36 klubdan biri Azərbaycan çempionu “Qarabağ”dır.

Qurban Qurbanovun yetirmələri I təsnifat mərhələsindən yarışa başlayacaq. Ağdam klubu püşkatmada səpələnmişlərdən biri olacaq.

“Qarabağ” turnirdə irəlilədikcə istənilən rəqiblə qarşılaşa bilər. Bu isə o deməkdir ki, çempionumuzun 35 mümkün rəqibi bəllidir.

Bu komandalardan 14-ü birbaşa əsas mərhələdən yarışa start verəcək. “Qarabağ” onlarla qarşılaşmaq üçün 4 raund keçməlidir. “Srvena Zvezda” turnirə pley-offdan başlayacaq.

Liqa mərhələsi
“Mançester Siti” (İngiltərə)
“Real” (İspaniya)
PSJ (Fransa)
“Bavariya” (Almaniya)
“Leypsiq” (Almaniya)
“Borussiya” (D, Almaniya(
“İnter” (İtaliya)
“Arsenal” (İngiltərə)
“Barselona” (İspaniya)
“Bayer” (Almaniya)
“Ştutqart” (Almaniya)
“Milan” (İtaliya)
PSV (Niderland)
“Feyenord” (Niderland)

Pley-off
“Srvena Zvezda” (Serbiya)

II təsnifat mərhələsi
“Malmö” (İsveç)
“Bodo Qlimt” (Norveç)

I təsnifat mərhələsi
"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Styaua" (Rumıniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)
TNS (Uels)
"Dinamo" (Minsk, Belarus)
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
"Virtus" (San-Marino)
RFS (Latviya)
"Dinamo" (Batumi, Gürcüstan)
"Selye" (Sloveniya)
"Hamrun" (Malta)
"Larne" (Şimali İrlandiya)

Qeyd edək ki, ilk 2 təsnifat mərhələsinin püşkü iyunun 18-19-da atılacaq.

İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla