AZ

COP29-un Azərbaycanda keçirilməsi İlham Əliyevin həyata keçirdiyi siyasətə verilən böyük dəyərdir- ÖZƏL

"Prezident İlham Əliyev hər zaman beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmaq siyasəti həyata keçirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib: "Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar 30 il Azərbaycan torpaqlarının işğalda qalmasına göz yumdular. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan ərazisindən qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul etsə də, bu qərara səs verən dövlətlər qərarın icrası üçün heç bir iş görmədi. Azərbaycan hər zaman sülhə, bərabərliyə, ədalətə, o cümlədən, bəşəriyyətin gələcəyinə müsbət təsir göstərən işlərə xidmət edən siyasət həyata keçirir. COP-29 kimi dünyanın ən nüfuzlu tədbirinin Azərbaycanda keçirilməsi barədə dünya dövlətlərinin yekdil qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə verilən böyük dəyərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla