AZ

Qadınlar avtomobil sürür, amma istehsal etmir

Bu gün əksər ölkələrdə qadın və kişi sürücülərin sayı bərabərləşib. Hətta bir çox ailədə avtomobil alınmasında son sözü qadın deyir. Amma işin başqa tərəfi də var. 

Avtosfer.az xəbər verir ki, Avropada sürücülərin 46%-i qadındır. Bu rəqəm hər il artır. Amma avtomobil sənayesində çaşınan qadınların payı 10 ildir 32%-i keçmir.  Avtomobil təmiri ilə məşğul olanların cəmi 22%-i qadındır. 
Satış sahəsində isə göstərici daha az – 21%-dir. Lakin maraqlıdır ki, motosiklet satıcılarının yarısı qadındır. 
Elmi tədqiqat sahəsində vəziyyət lap acınacaqlıdır. Avtomobillə bağlı dissertasiyaların cəmi 2%-ni zərif cinsin nümayəndələri müdafiə edirlər. 
Qadınların avtomobil sektorunda zəif təmsil olunmasına səbəb köhnə stereotiplər, bu sahədə işin ağır hesab edilməsidir.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla