AZ

BVF: "Qlobal valyuta sisteminin çökmə riski var"

"Qlobal valyuta sisteminin çökmə riski var. Belə ki, ortamüddətli perspektivdə investorların və maliyyəçilərin dollar aktivlərinə inamı əsasında qurulan qlobal pul sistemi çökə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Rusiya üzrə icraçı direktoru Aleksey Mojin bəyan edib.

O, qlobal valyuta bazarı oyunçularının dollar aktivlərinə inamının azalacağı təqdirdə belə risklərin yarana biləcəyinə aydınlıq gətirib. Mojin xəbərdarlıq edib ki, belə bir ssenaridə qlobal maliyyə sistemi xaosa düşə bilər.

Bildirilib ki, artıq dünya mərkəzi banklarının və ev təsərrüfatlarının dollar aktivlərinə inamında azalma müşahidə olunur.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla