AZ

Daha bir ölkə Fələstini tanıdı


Trinidad və Tobaqo rəhbərliyi Fələstini müstəqil dövlət kimi tanımaq barədə qərar qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə axşamı Karib hövzəsində yerləşən Trinidad və Tobaqo adlı adalardan ibarət ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilib.
“Trinidad və Tobaqo Respublikası hökuməti bu gün Nazirlər Kabinetinin iclasında Fələstin dövlətini rəsmən tanımaq barədə qərar qəbul edib. Xarici İşlər Nazirliyi hesab edir ki, iki dövlətli həll davam edən zorakılıq dövründən yeganə çıxış yoludur”, - deyə nazirliyin bəyanatında qeyd edilib.
Hazırda Fələstin BMT-yə üzv olan 193 ölkədən 141-i tərəfindən müstəqil dövlət kimi tanınıb və dünyanın 95 ölkəsində Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla