AZ

"Ermənistan hakimiyyəti Azərbaycanın maraqlarına cavab verən siyasi kurs həyata keçirir"

Bildiyimiz kimi, Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək.

Maraqlıdır, nə üçün görüş yeri olaraq Almatı şəhəri seçilib? Görüşdən gözləntilər nələrdir?

Mövzu haqqında Redaktor.az-la fikirlərini bölüşən politoloq Fikrət Sadıxov söylədi ki, görüşün Almatıda keçirilməsi müəyyən bir simvolik xarakter daşıyır:

"Çünki Almatıda vaxtilə 1991-ci ildə imzalanan deklarasiya əsasında hazırda sərhədlərimizin delimitasiyası gedir və faktiki olaraq elə orada keçmiş sovet respublikalarının şərti sərhədləri də təyin olunmuşdu. Mən düşünmürəm ki, belə bir görüşün sıçrayış xarakterli nəticələri olsun. Amma hər halda bu da mövqelərin nümayişidir. Bunun əsas müsbət tərəfi də ondan ibarətdir ki, burada vasitəçi olmadan görüş keçirilir. Biz artıq Ermənistanla birbaşa danışıqlar aparırıq, bir sıra addımlarımızı atırıq və bu maraqlarımıza tam cavab verir. Düşünürəm ki, görüşün nəticələri də müəyyən mənada müsbət olmalıdır. Çünki indiki Ermənistan hakimiyyəti bir sıra mövzularda, delimitasiya məsələlərində, kəndlərin qayıtması məsələsində Azərbaycanın maraqlarına cavab verən bir siyasi kurs həyata keçirir".

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla