AZ

“O biri dünyaya gedən yol”

İrlandiyada aşkar edilən 5 abidənin “axirətə gedən yollar” kimi istifadə olunmaq üçün tikildiyi düşünülür. Arxeoloqların nadir hallarda rastlaşdıqları belə strukturların məqsədi nəhayət başa düşülə bilər.

Neolit ​​dövrünə aid Kursus (Cursus) adlanan strukturlar Britaniyada daha çox rast gəlinsə də, onlara İrlandiyada bəzən rast gəlinir. Torpaqda uzun, ensiz, əhatələnmiş xəndəkvari formasiyaları təmsil edən bu strukturların uzunluğu 350 metr ilə 10 kilometr arasında dəyişir. İrlandiyada tapılan kursusların nə vaxt tikildiyi hələ müəyyən edilməsə də, bu abidələr ümumiyyətlə Neolit ​​dövrünün ortalarına aiddir.

2022-ci ildə lazer şüalarından istifadə edən tədqiqatçılar İrlandiyanın ilk “kursus klasterini” aşkar etməyə müvəffəq olublar. Aprelin 25-də “Antiquity” jurnalında dərc edilən araşdırmanın nəticələrini açıqlayan Ceym Odriskol (James O'Driscoll), bu sirli strukturların sirrini açdığını düşünür.

Tədqiqatda Baltinqlasdakı beş kursusdan ikisinin yay, digər ikisinin isə payız bərabərlik günündə Günəşin doğuşuna görə düzüldüyü qeyd edilib.

Abidələrdən üçü bəzi mühüm dəfn yerləri ilə əlaqəli idi. Xəndəkdən çıxana qədər bunları görməyin mümkün olmadığını deyən Odriskol bunun bilərəkdən edildiyini düşünür.

Ölülərin kursusdan məzarlara aparıldığını təxmin edən tədqiqatçı deyib: “Bizim kifayət qədər məlumatımız olmadığı üçün belə abidələrin funksiyası həmişə mürəkkəb məsələ olub”.

Bununla belə, Baltinqlassdakı bəzi yerlərin dəfn abidələri ilə əlaqəli ola biləcəyini nəzərə alsaq, bu, mənə elə gəlir ki, kursus dəfn mərasimlərində istifadə edilən mərasim abidələri ola bilər və ölülərin ölümdən sonrakı həyata keçməsi üçün fiziki yol kimi xidmət edib.

Odriskol, eyni zamanda, bu dəfn yerlərinin birbaşa arxasından çıxan Günəşin, ilin əsas nöqtələrində kursusun içindən baxıldığında, “mərhumun dirilər ölkəsindən cənnətə son səyahətini simvollaşdıra biləcəyini” ehtimal edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
1
Mənbələr
Şərh ()
Bağla