AZ

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Bakı, 3 may, AZƏRTAC

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubov Bakı Dövlət Universitetinin (BDU) qonağı olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev regional direktora son dövrlərdə universitetdə müxtəlif reytinqlərdə irəliləmə sahəsində görülən işlərə dair geniş məlumat verib. Görüş zamanı BDU-nun QS-nin müxtəlif kateqoriyalar üzrə reytinqində uğurundan bəhs olunub, mövcud və gələcək əməkdaşlıq məsələləri, o cümlədən QS reytinqi ilə bağlı müvafiq göstəricilərin inkişaf etdirilməsi imkanları istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda regional direktor BDU-nun QS reytinqində əldə etdiyi uğurlar üçün hazırlanmış hədiyyəni rektora təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla