AZ

Qlüten həssaslığı olan insanlar nələrə diqqət etməlidir?

Buğda, arpa və çovdar... Süfrədəki bir çox məhsulun tərkibində olan bu taxıllar bəzi insanlarda qlüten həssaslığına səbəb olur. Bəs, bu həssaslıq hansı simptomlarla özünü göstərir?

Demokrat.az xəbər verir ki, bu barədə türkiyəli professor Tarık Kani “TRT Haber”ə danışıb.

O bildirib ki, bu həssaslıq, orqanizmdə, xüsusən də həzm sistemində problemlər yaradır:

“Qlüten həssaslığı dedikdə ilk ağıla gələn çölyak xəstəliyidir. Çölyak xəstəliyi, buğda, arpa, çovdar və yulaf kimi bəzi qida məhsullarında olan qlüten səbəbilə baş verir. 

Xəstəlik əsasən, kilo itkisi, anemiya, qanaxma pozğunluqları, qaraciyər fermentlərinin yüksəlməsi, əzələ zəifliyi və depressiya kimi müxtəlif qeyri-mədə-bağırsaq simptomları ilə hiss oluna bilər.

Professor həmçinin qeyd edib ki, un, çörək, makaron, xəmir məmulatları, pizza kimi qidalarda da qlüten ola bilər:

“Həmçinin bəzi uşaq oyuncaqlarının tərkibində qlüten ola biləcəyi üçün uşaqlar və ya valideynlər bu oyuncaqların etiketlərini diqqətlə oxumalıdır.

Tərkibində sözügedən maddə olan məhsullara  toxunduqdan sonra əllər mütləq yuyulmalıdır”.

Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla