AZ

Seçkilər başlayır: tanınmış politoloq namizəd olacaq

Azərbaycanda yaxın aylarda gözlənilən parlament seçkilərində tanınmış politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu namizəd kimi iştirak etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə politoloq özü bildirib.

O qeyd edib ki, namizədliyini 119 saylı Ağdam kənd seçki dairəsindən irəli sürmək istəyir.

“Əslimiz Şuşanın, hazırda isə Xocalının Malıbəyli kəndindən olsa da, babam sonrakı illərdə Ağdama köçüb, atam, əmilərim, bibilərim bu şəhərdə doğulublar, özümün də uşaqlıq illərimin bir hissəsi Ağdamda keçib”, - o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla