AZ

Ukraynada bəzi məmurlar orduya səfərbər ediləcək

Bəzi Ukrayna rəsmiləri yeni səfərbərlik qanunvericiliyinə görə toxunulmazlığını itirəcəkləri üçün orduya çağırıla bilər.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Dmitri Lazutkin deyib. 

"Aydın qaydalar var, onlar bir qədər dəyişiblər, indi A kateqoriyalı dövlət qulluqçuları ehtiyatda qalacaqlar - bunlar kənd və şəhər sovetlərinin sədrləri, yəni dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının sədrləridir. B və C kateqoriyaları artıq yalnız 50% rezerv olunacaq", - deyə o, Ukraynanın "Rada" telekanalının efirində bildirib.

Lazutkin əlavə edib ki, müəyyən şöbə və ya şöbələrə rəhbərlik edən insanlar səfərbər edilə bilər.

Onun sözlərinə görə, möhlət dövlət orqanlarının rəhbərlərinə, Milli Polis, Milli Qvardiyanın əməkdaşları, hakimlər və kibermüdafiə mütəxəssislərinə veriləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla